Nazarbayevə ömürlük vəzifə verildi

Qazaxıstanda qüvvəyə minən qanuna əsasən, Prezident Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ qazanıb.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd, həmçinin Təhlükəsizlik Şurasına konstitusiya orqanı statusu verir. Bu status milli təhlükəsizlik və müdafiə qabiliyyətinin təmin edilməsi sahəsində vahid dövlət siyasətini koordinasiya edir. Bu qanun Qazaxıstan parlamenti tərəfindən mayın 31-də qəbul edilib və iyulun 5-də prezident tərəfindən imzalanıb. Qazaxıstanın Konsttusiya Şurası sənədi ölkənin əsas qanuna uyğun hesab edib.

DİGƏR XƏBƏRLƏR

Top