Stoltenberq: Gürcüstan NATO-nun üzvü olacaq​

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans ölkələri sammit zamanı Gürcüstanın üzvlük perspektivini təsdiq ediblər.

Yeniavaz.com-un RT-yə istinadən verdiyi xəbərə görə, alyansın saytında məlumat verilir. Onun sözlərinə görə, Gürcüstanın NATO-ya daxilolma prosesi davam edəcək: “Biz Gürcüstanın avroatlantik səylərini tam dəstəkləyirik, Gürcüstan NATO-nun üzvü olacaq, bizim liderlərimiz bunu ötən gün təsdiq ediblər, üzvlüyə hazırlıq üçün sizinlə (Gürcüstanla) işləməyə davam edəcəyik”. Y. Stoltenberq xatırladıb ki, NATO ölkələri birgə bəyanatda Gürcüstanın bloka daxil olması üçün zəruri islhatlar aparmasını vurğulayıblar. Qeyd edək ki, iyulun 11-12-də Brüsseldə NATO-nun iştirakçı ölkələrinin liderlərinin ən yüksək səviyyədə görüşü keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top