Türkiyədə fövqəladə vəziyyət ləğv olunur

Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi iyulun 17-də ləğv olunacaq.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejim ləğv olunduqdan sonra terrorçuluqla mübarizə barədə yeni qanun qəbul olunacaq.

Ölkə parlamentinin yeni qanun layihəsini yaxın günlərdə müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə fövqəladə vəziyyət rejiminin iyulun 19-da ləğv ediləcəyi bildirilirdi.

DİGƏR XƏBƏRLƏR

Top