Göldə batmış 18 yaşlı oğlanın cəsədi tapılıb

Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisindəki süni suvarma gölündə batmış oğlanın cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları göldə çimərkən batmış 18 yaşlı kənd sakini Asiman Habil oğlu Həsənovun cəsədini sudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top