Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polislər dəfn olunub - YENİLƏNİB

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başa çatıb.

Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vida mərasimi başa çatandan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. (APA)

***13:19

Gəncədə öldürülən polis əməkdaşları ilə vida mərasimi keçirilir. Mərasimdə Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən Gəncə İcra Hakimiyyəti nümayəndələri iştirak edirlər. Polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında dəfn olunacaqlar. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top