"İran terror aktlarının təşkili üçün səfirliklərindən istifadə edir"

İran terror aktlarının təşkili üçün səfirliklərindən istifadə edir. Bu barədə ABŞ dövlət Departamenti məlumat yayıb.

Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ bütün ölkələri səfirliklərdəki İran diplomatlarını ciddi yoxlamağa çağırıb.

Adı açıqlanmayan yüksək rütbəli şəxs jurnalistlərlə görüşü zamanı, "Biz Səudiyyə Ərəbistanı ilə İranın terror aktlarının təşkili üçün səfirliklərindən istifadə etməsini müzakirə etdik. Ən son belçikalıların aşkara çıxartdığı sui-qəsd buna sübutdur", - deyib.

Qeyd edək ki,bu yaxınlarda Vyanada akkreditə olunmuş iranlı diplomat Fransada terror aktının təşkilində şübhəli bilinərək Almaniyada saxlanılıb. Avstriya diplomatın toxunulmazlığının ləğvini, Brüssel isə onun Belçikaya verilməsini tələb etmişdi.

İran isə ittihamları rədd edir, ölkənin Xarici İşlər Nazirliyi saxlanılan iranlı diplomatla əlaqədar Belçika səfirinə etirazını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top