200-dən çox məmur cinayət məsuliyyətinə cəlb edilib - Dağıstanda

“Dağıstan Respublikasında 200-dən artıq dövlət məmuru antikorrupsiya qanununu pozduğu üçün məsuliyyət cəlb edilib”. "İnterfax" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə görüşdə respublikanın başçısı səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasilyev bildirib.

“Biz hazırda məmurların sırasını təmizləyirik. Söhbət yalnız cinayət işi üzrə təqibdən getmir”, - deyə o vurğulayıb.

Müvvəqqəti başçı yaxın zamanda Dağıstanda işlərin qaydasında olacağını boyun olub.

Qeyd edək ki, bir müddət əvvəl Dağıstanın baş naziri, səhiyyə nazir korrupsiya işi üzrə həbs ediliblər. (Report)

DİGƏR XƏBƏRLƏR

Top