
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Yeniavaz.com Komitədədn verilən məlumata istinadən bildirir ki, bu hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilib. Budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilib, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak edib.
Sifarişçi ümumi faydalı sahəsi 26.7 kv.m olan Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi üçün 6 min manat ödəməklə əmlakın sahibinə çevrilib. Digər qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri isə Gədəbəy, Mingəçevir, Sumqayıt şəhərlərində yerləşir. 450 manat ödəməklə sifarişçini əmlak sahibinə çevirən Siyəzən şəhərində yerləşən 43 saylı mağazanın ümumi faydalı sahəsi 20.1 kv.m-dir.
Hərracda buraxılış ili 2003-cü il olan "Qaz 3110-101" markalı avtomobil üçün ilkin qiymət 1300 manat təyin olunsa da ən son təklif 3 min 200 manat olub. Bundan başqa ilkin qiymət 750 manat müəyyən olunan "Opel Omeqa" avtomobilə 1900 manata, ilkin qiyməti 2 min 600 manat olan "Kamaz-55111" markalı avtomobil isə 3 min 550 manata satılıb.
Tətbiqimizi yükləyə bilərsiniz