Goranboyda qəza: 3 ölü, 4 yaralı - AİLƏ FACİƏSİ - ADLAR

Göygöl rayonunda bir ailənin 7 üzvü yol qəzasına düşüb. Hadisə Tərtər rayonundan Şəmkir rayonuna toy mərasiminə gedən zaman baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlər:

Fuad Aydınzadə (1988),Bənövşə Aydınzadə (1963),Nuray Aydınzadə (7 aylıq).

Yaralılar:

Aydınzadə Nuranə (1995),Aydınzadə Nigar (1987),Aydınzadə Əli (2008),Aydınzadə Zəhra (2011).

14:51***

Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.

Rayonun Balçılı kəndi ərazisində Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Aydınzadə Fuad Zabil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb.

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü F.Aydınzadə xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

12:36***

Bakı-Qazax avtomobil yolunda ağır qəza baş verib, ölənlər var. Göygöl rayonunun Quşqara kəndi ərazisində "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yolayrıcındakı dəmir maneəyə çırpılıb. Qəza zamanı bir qadın və bir uşaq ölüb. Bir kişi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top