Kanadada 70 nəfər isti havanın qurbanı oldu


Kanadanın Kvebek bölgəsində anomal istilər 70 nəfərin həyatına son qoyub. Bununla bağlı “RİA Novosti” agentliyi xəbər verir.

Bundan öncə, isti hava şəraitinə görə 50 nəfərin öldüyü deyilirdi.

Məlumatlara görə, bölgədə havanın temperaturu 40 dərəcədən yuxarıdır. Ölənlərdən 34-ü Monreal şəhərinin sakinləridir.

Yerli hökumət ölən şəxslərin yaşının 60 yaşdan yuxarı olduğunu və xroniki xəstəlikdən əziyyət çəkdiyini açıqlayıblar.

Təcili tibbi yardım xidmətindən verilən məlumatda bildirilib ki, gün ərzində 1200-dən çox zəng qəbul edirlər. Şəhər rəhbərliyi təcili tədbirlərlə bağlı qərar qəbul edib. Bu tədbirlər çərçivəsində hovuzların iş müddəti genişləndirilib.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top