Bakıda binada yanğın, sakinlər təxliyə olunub

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri yanıb.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top