Azərbaycan xalçaçılığını təbliğ edən amerikalı ailə ÖLDÜRÜLÜBMÜŞ

Gürcüstanın Duşeti bölgəsində bir neçə gün əvvəl cəsədi tapılan amerikalı ailə - Rayan və Laura Smitlə 4 yaşlı oğlunun öldürüldüyü üzə çıxıb.

Əvvəlcə ailənin təbii fəlakət qurbanı olması haqda xəbərlər yayılmışdı. Ancaq ailənin 19 yaşlı çoban tərəfindən öldürüldüyü sübut olunub. O, polis tərəfindən saxlanılıb. Çoban əvvəlcə Rayanı öldürüb, daha sonra isə Lauranı şəlalədən atıb. Sonda isə 4 yaşlı uşağı qətlə yetirib.

İyulun 6-da yoxa çıxan Smitlərin axtarışlarına başlandıqdan sonra iyulun 7-də onların cəsədi aşkarlanmışdı. Hadisə yerində işləyən kriminalistlər uşağın torpağa basdırıldığını görüblər.

Smit ailəsi Gürcüstanda "ReWoven" layihəsinin rəhbəri olublar. Onlar Gürcüstanda Azərbaycanın xalçaçılıq ənənələrinin bərpası və təbliğatı işilə məşğul olublar. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top