
Ötən il ərzində Dövlət Neft Şirkətinin (SOCAR) ticarət və digər kreditlər üzrə borcu 2 milyard 758 milyon manat artıb. Yeniavaz.com SOCAR-ın 2017-ci il üşün açıqlanan maliyyə hesabatına istinadən bildirir ki, ötən ilin yekununda Neft Şirkətinin borcları 12 milyard 450 milyon manata yüksəlib.
Hesabatda göstərilir ki, SOCAR bu borcların 2 milyard 280 milyon dollar, 617 Türkiyə lirəsi və 108 min Gürcüstan larisini bi il ərzində geri qaytarmalıdır. Bunlardan başqa digər valyutalarda olan 361 milyon da bu ilin sentyabr ayına kimi geri ödənməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz