Qubada baş verən faciənin səbəbi: “Tros qırılıb, çünki…”

“Quba Palace Hotel”ə məxsus olan kanat bu saatlarda qırılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məsələ ilə bağlı “Quba Palace Hotel”in marketinq şöbəsinin müdiri Ceyhun Yəhyayevin verdiyi məlumata görə, hadisə “SCADA” şirkətinin əməkdaşlarının ehtiyatsızlığı səbəbindən baş verib:

“Quba Palace Hotel”də kanat yolu var. Bu kanat yolunun trosu qısaldılmalı idi. Bunun üçün isə xüsusi peşəkar mütəxəssislərə ehtiyac vardı. Biz araşdırma apardıq və ölkə ərazisində peşəkar xidmət verən “SCADA” şirkəti ilə razılaşdıq. Onların əməkdaşları çağırıldı və bir həftə ərzində işə başlanıldı.

Təmir zamanı özləri ilə gətirdikləri tros qırılıb və təəssüflər olsun ki, faciəli hadisə baş verib. Kanatın içərisində hadisə zamanı şirkətin iki əməkdaşı olub, biri ölüb digəri isə yaralanıb. Hadisə sadəcə hotel ərazisində baş verib. Amma bütün məsuliyyət birbaşa olaraq “SCADA” şirkətinə məxsusdur”. (Publika.az)

DİGƏR XƏBƏRLƏR

Top