Türkiyədə baş verən qatar qəzasının səbəbi bilindi

Türkiyənin Təkirdağ əyalətində sərnişin qatarının qəzaya uğramasının səbəbi rəsmən açıqlanıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.

Xatırladaq ki, ötən gün Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 24 nəfər ölüb, 124-ü yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top