Türkiyədə qatar qəzası: 24 ölü, 124 yaralı - VİDEO - YENİLƏNİB

Türkiyənin Tekirdağ əyalətinin Muratlı ilə Çorlu rayonları arasında yerləşən Sarılar məhəlləsi yaxınlığında baş verən dəmiryol qəzası nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Ahmet Demircan bildirib.

Nazir deyib ki, hadisə nəticəsində yaralanan 124 nəfər xəstəxanalara yerləşdirilib və onların müalicə davam etdirilir.

***8 iyul, 22:30

Türkiyədə Tekirdağ bölgəsinin Çorlu rayonunda 362 sərnişinli qatarın 6 vaqonunun relsdən çıxması nəticəsində 10 nəfər həyatını itirib, 73 nəfər yaralanıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Hökumətin yaydığı məlumata görə, qəzaya səbəb torpaq sürüşməsi nəticəsində körpünün çökməsi olub.

***8 iyul, 20:40

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu rayonunda sərnişin qatarı relslərdən çıxaraq aşıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə zamanı çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilir. Qatarda 360 sərnişinin olduğu açıqlanıb.

Tekirdağ bölgəsinin valisi Mehmet Ceylan bildirib ki, ərazinin əlverişsiz olması səbəbindən təcili yardım maşınları hadisə bölgəsinə daxil ola bilmirlər. Vali deyib ki, vertolyotların köməyinə ehtiyacımız var.

qeza

DİGƏR XƏBƏRLƏR

Top