FIFA “Yaşasın Ukrayna” deyən xorvat futbolçuya cəza verəcəkmi? - VİDEO

FIFA futbol üzrə Xorvatiya yığmasının müdafiəçisi Domaqay Vidaya qarşı araşdırmaya başlayıb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, FIFA Rusiya-Xorvatiya matçı üzrə müxtəlif hesabatları və həmin hadisə ilə bağlı mümkün sübutları yoxlayır. Mümkün araşdırma D. Vida və Xorvatiya yığmasının keçmiş futbolçusu Oqnen Vukoyeviçin dünya çempionatının 1/4 final mərhələsində Rusiya komandasına qarşı qələbəsindən sonra çəkdikləri video ilə bağlıdır. Sosial şəbəkələrdə yayılmış qısa videoçarxda idmançılar “Yaşasın Ukrayna” və “Bu, Ukrayna və “Dinamo” üçündür” deyə qışqırırlar. “Yaşasın Ukrayna” salamlamasını ukraynalı milliyətçilər istifadə edirlər, onlar Rusiyaya qarşı neqativ münasibət bəsləyirlər. FIFA-nın qaydalarına əsasən, çempionatlarda siyasət mövzusu qadağan edilib. Azarkeşlərə qarşı təxribata görə minimum cəza 5 min İsveçrə frankı təşkil edir, lakin qaydanı pozan iki matç da diskvalifikasiya edilə bilər. D. Vida qeyd edib ki, dediyi sözlərin siyasi mətnaltı mənası olmayıb: “Bu qələbə Xorvatiya üçündür. Heç bir siyasət yoxdur. Bu zarafatdır! Mənim “Dinamo Kiyev”də çıxış etdiyim dövrdən bəri Ukraynada dostlarım var. Başqa heç bir şeyi nəzərdə tutmamışam. Rusiyanı və onun sakinlərini sevirəm, video isə sadəcə zarafat olub”.

xorvat

DİGƏR XƏBƏRLƏR

Top