Netanyahu: Putinə İsrailin 2 əsas prinsipini başa salacam

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 11-də Moskvada keçiriləcək danışıqlarda Rusiya Prezidenti Vladimir Putinə yəhudi dövlətinin Suriyada İran qüvvələrinin möhkəmlənməsinə qatlanmayacağını demək niyyətindədir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə B. Netanyahu bu barədə İsrail hökumətinin həftəlik iclasında deyib. O bildirib: “Qarşıdakı həftə Rusiya Prezidenti Vladimir Putinlə vacib görüş üçün Moskvaya yola düşəcəm. Görüş zamanı İsrailin siyasətinin iki başlıca prinsipini izah edəcəm. Birincisi, biz İranın və onun əlaltılarının Suriyanın istənilən ərazisində ərbi cəhətdən möhkəmlənməsinə qatlanmayacağıq, ikincisi, Suriyadan və onun ordusundan 1974-cü il tarixli qüvvələrin ayrılması haqqında sazişə ciddi əməl olunmasını tələb edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top