Şəmkirdə baş vermiş yanğın söndürülüb YENİLƏNİB

Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın söndürülüb.

Yastı meşə zolağına yaxın ərazidə baş vermiş yanğın 150 hektardan çox ərazini əhatə edib.

Əraziyə ətraf rayon və şəhərlərdən yanğınsöndürən maşınlar köməyə cəlb olunub və yanğın söndürülüb.

23.36

Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın küləkli hava şəraiti səbəbindən yenidən güclənib.

Hazırda Yastı meşə zolağına yaxın ərazidə baş vermiş yanğın 150 hektardan çox ərazini əhatə edir.

Öncə yanğın məhdudlaşdırılsa da, küləkli hava şəraiti kol-kos və quru ot sahəsində alovun genişlənməsinə səbəb olub. Hazırda meşə istiqamətinə doğru genişlənən yanğının söndürülməsi istiqamətində bir sıra işlər görülür.

Qeyd edək ki, yanğın baş vermiş əraziyə, ətraf rayon və şəhərlərdən yanğınsöndürən maşınlar köməyə cəlb olunub.(Report)

DİGƏR XƏBƏRLƏR

Top