Naxçıvanın təhsil naziri vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məmməd Qəribovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Yeniavaz.com-un məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məmməd Abdulla oğlu Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".

DİGƏR XƏBƏRLƏR

Top