İordaniya ilə sərhəd Suriya ordusunun nəzarətinə keçdi

Suriyanın hökumət qoşunları İordaniya ilə sərhədi öz nəzarətlərinə götürüb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya Silahlı Qüvvələri komandanlığının nümayəndəsi deyib. Onun sözlərinə görə, hərbçilər İordaniya ilə sərhəddəki “Nəsib” nəzarət-buraxılış məntəqəsi üzərindən Dəməşq-Əmman şosesi üzrə hərəkətin təhlükəsizliyini təmin edəcəklər.

Qeyd edək ki, Dəməşq-Əmman strateji şosesi üzrə Livan və Suriya limanlarından yüklər İordaniyaya və Fars körfəzinin neft hasilatı edən ölkələrinə daşınırdı.

DİGƏR XƏBƏRLƏR

Top