Sarqsyanın qardaşı və qardaşı qızı axtarışa verildi

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın qardaşı Levon Sarqsyan və onun qızı Ani axtarışa verilib.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat verib. Bildirilir ki, L. Sarqsyan və onun qızı qanunsuz varlanmada və əmlakın bəyan edilməsindən yayınmaqda ittiham olunurlar: “Məhkəmənin qərarı ilə Levon Sarqsyana qarşı həbs, Ani Sarqsyan və onun qardaşı Narekə münasibətdə isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib”.

Xatırladaq ki, iyunun 28-də N. Sarqsyanın evində aparılmış axtarış zamanı müstəntiqlər Levon və Ani Sarqsyanın adına 6,8 milyon dollar məbləğində bank əmanəti üçün sənədlər tapıblar. L. Sarqsyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir kimi çalışıb. 2010-cu ildən isə xüsusi tapşırıqlar üzrə səfirdir. Bu status nəzərdə tutur ki, o, qeyd edilən məbləği öz bəyannamələrində göstərməliydi.

DİGƏR XƏBƏRLƏR

Top