Binəli Yıldırımın yeni vəzifəsi məlum oldu

Türkiyənin sonuncu Baş naziri Binəli Yıldırım Türkiyə parlamentinin sədri vəzifəsinə namizəd göstərilib.

Yeniavaz.com-un "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, onun namizədliyi hakim Ədalət və İnkişaf Partiyası tərəfindən irəli sürülüb. Qeyd edək ki, Türkiyə parlamentinin yeni sədrinin adı iyulun 12-də keçiriləcək səsvermədə müəyyənləşəcək. Parlamentin spikeri olmaq üçün səsvermənin birinci və ikinci turunda 400 səs toplamaq lazımdır. Bu baş tutmasa üçüncü turda 301 səs tələb olunur. Onu da qeyd edək ki, Milliyətçi Hərəkət Partiyası səsvermədə B. Yıldırımın namizədliyini dəstəkləyəcək.

DİGƏR XƏBƏRLƏR

Top