"Qalatasaray" - "Akhisarspor" matçında ilk dəfə videotəkrar tətbiq ediləcək

Futbol üzrə Türkiyə Super Liqasında videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

Yeniavaz.com goal.az-a istinadən xəbər verir ki, bu sistemin 2018-2019 mövsümündən tətbiq edilməsi nəzərdə tutulur.

Bu texnologiya ilk olaraq Türkiyə Superkuboku uğrunda keçiriləcək "Qalatasaray" - "Akhisarspor" matçında tətbiq ediləcək.

VAR sistemindən hazırda Rusiyada davam edən dünya çempionatında da istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top