“Qaçqınkom”un kollegiyasının yeni tərkibi təsdiqləndi

Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dövlət Komitəsinin kollegiyasının üzvləri 7 nəfərdən ibarətdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kollegiyanın sədri, Dövlət Komitəsinin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynov, Aparat rəhbəri Etibar Abdullayev, maliyyə-mühasibat şöbəsinin müdiri Tofiq Şamilzadə, məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov, Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov isə üzvləri təyin olunublar.

DİGƏR XƏBƏRLƏR

Top