Yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.

Sabahdan Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərindəki yarmarkalarda fəaliyyət göstərəcək Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçiriləcək və ehtiyac yarandığı halda laborator müayinələr aparılacaq. (APA)

DİGƏR XƏBƏRLƏR

Top