Buffon rəsmən PSJ-də

"Yuventus"un əfsanəvi qapıçısı Canluici Buffon karyerasını Fransada davam etdirəcək.

Yeniavaz.com xəbər verir ki, Buffon Fransanın PSJ klubu ilə 1+1 illik müqavilə imzalayıb.

40 yaşlı qolkiper illik 8 milyon avro maaş alacaq.

Qeyd edək ki, karyerasına “Parma” klubunda başlayan, Buffon 2001-ci ildən bu yaya qədər “Yuventus”un çərçivəsini qoruyub.

DİGƏR XƏBƏRLƏR

Top