Gürcüstanda qızılcaya yoluxanların sayı min nəfəri keçdi

Gürcüstanda qızılcaya yoluxanların sayı min nəfəri keçib. Yeniavaz.com Report-a istinadən bildirir ki, bunu Gürcüstan Xəstəliklər və İctimaiyyətin Sağlamlığına Nəzarət üzrə Mərkəzin Yoluxucu xəstəliklər idarəsinin başçısı Xatun Zaxaşvili bildirib.

"Qızılca, əsasən, uşaqlar və yaşı 40-dan yuxarı vətəndaşlar arasında təsbit edilib. Bu, immun sitemi zəif olan və asanlıqla yoluxa bilən iki yaş qrupudur. Körpələrdə 12 ayından sonra ilk peyvənd aparılır. Bir yaşadək qızılcaya qarşı peyvəndin edilməsi məsləhət deyil", - o vurğulayıb.

X.Zaxaşvili deyib ki, gündə 5-10 nəfərin qızılcaya yoluxması təsbit edilir.

DİGƏR XƏBƏRLƏR

Top