Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki naməlu kişi meyiti tapılıb.
Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi meyiti aşkarlanıb.
Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəxsiyyətləri dəqiqləşdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir.
18:59***
Xəzərdə üç nəfər batıb. Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.