Rusiya ABŞ mallarına əlavə rüsumlar tətbiq etdi

Rusiya ABŞ-dan bir sıra malların idxalına 25 faizdən 40 faizədək əlavə rüsumlar tətbiq edib.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi xəbər yayıb. Qərar o cümlədən tikinti-yol texnikasına, optik liflərə və neft-qaz avadanlığına, metalların emalı və qaya süxurlarnın qazılması üçün alətlərə aiddir. Rüsumlar ABŞ-ın ölkəyə idxal olunan polad və alüminium rüsumlarını qaldırmaq qərarına cavab olaraq tətbiq edilib.

Qeyd edək ki, Rusiyada ABŞ-ın alüminium və polad idxalı rüsumlarına görə zərəri 537,6 milyon dollar məbləğində hesablayıblar.

DİGƏR XƏBƏRLƏR

Top