Türkiyənin əsas ticarət tərəfdaşları - Almaniya, İtaliya, ABŞ, İsrail... - SİYAHI

Bu ilin may ayı ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 36,4 milyard dollar olub. Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2017-cı ilin analoji dövrü ilə müqayisədə 10,8% çoxdur. Bu dövürdə qardaş ölkədə ixracın həcmi 5,3% artaraq 14,3 milyard dollara, idxal isə 5,5% artaraq 22,1 milyard dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 7,7 milyard dollarlıq mənfi saldo yaranıb və 2017-cı ilin may ayı ilə müqayisədə 5,7% artıb.

May ayında Avropa Birliyi ölkələrinə həyata keçirilə ixracın həcmi 19,3% artaraq 7,3 milyard dollara yüksəlib. Ötən ilin may ayında ümumi ixracın 45%-i Avropa Birliyinə daxil olan ölkələrin payına düşdüyü halda bu ilin may ayında bu göstərici 50,9% olub.

Ən çox məhsul Almaniyaya satılıb. May ayında Almaniyaya 1,36 milyon dollar dəyərində məhsul satıb və ötən ilin may ayı ilə müqayisədə 9,5% artıb. İxracda ikinci sırada 885 milyon dollarla İtaliya (artım - 6,2%), 858 milyon dollarla İngiltərə (6%), 759 milyon dollarla İspaniya (5,3%) yer alıb.

Türkiyənin ən çox məhsul satdığı ölkələrin sırasında İsrail 11-ci sırada yer alıb və may ayında Türkiyə İsrailə 318,2 milyon dollar dəyərində məhsul satıb. Ötən ilin may ayı ilə müqayisədə Türkiyənin İsrailə satdığı məhsullarıln dəyəri 2,2% artıb.

Avropa Birliyi və İsraillə müqayisədə Türkiyənin ərəb ölkələrinə satdığı məhsullar daha az artıb. May ayında Türkiyə Səudiyyə Ərəbistanına 249,1 milyon dollarlıq məhsul satıb və ötən ilin may ayı ilə müqayisədə 1,7% artıb.

DİGƏR XƏBƏRLƏR

Top