Şehiç Türkiyənin “Erzurumspor” klubunda

“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Türkiyənin “Erzurumspor” klubu ilə anlaşıb. "A Spor" xəbər verir ki, Bosniya və Herseqovina yığmasının qapıçısı razılaşmaya əsasən, 2 il Türkiyə təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarının şərəfini qoruyub. “Erzurumspor” yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək. (Report)

DİGƏR XƏBƏRLƏR

Top