Harda su yoxdur? - "Azərsu" AÇIQLADI

Dünən axşam və gecə saatlarında, ötən günlər su almayan ərazilərin böyük bir hissəsini içməli su ilə təmin edə bildik, ancaq problemli ərazilərimiz hələ də var”.

Bu sözləri “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, anbarlardakı su ehtiyatları kifayət qədər olmadığından bəzi ərazilər su ilə təmin olunmayıb:

“Hövsanın qəsəbə ərazisinə su verilib, ancaq kənd Hövsan ərazisini su ilə təmin edə bilmədik. Suraxanının Quma adası, Zığ qəsəbəsində də problemlər var. Həmin ərazini bu gün su ilə təmin etməyə çalışacağıq. Zabratın, Sabunçunun, Əmircanın, Bülbülənin də bir hissəsi su ala bilmədi.

Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin bir hissəsində - Mehmandarov, Tusi, İnqilab İsmayılov küçələri, Gəncə prospektində çətinliklər yaşanır və bu gün onları da həll edəcəyik.

Bundan başqa, Yeni Günəşli qəsəbəsinə su verilsə də, bəzi binalarıın yuxarı mərtəbələrində su olmayıb. Xəzər rayonun Mərdəkan, Şüvəlan qəsəbələrinin bəzi hisəslərində, Səbail rayonunun Badamdar qəsəbəsində təzyiqin aşağı olması səbəbindən insanlar su almayıblar.

A.Cəbrayıllının sözlərinə görə, qurum bu saatlarda Badamdarda, 20-ci sahədə su problemini həll etməyə çalışır:

“Tbilisi və Atatürk prospektində isə suyun təzyiqi zəif olub, buna görə əziyyət çəkən insanlar var.

Ümumilikdə götürdükdə isə Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Abşeron rayonlarının böyük hissəsinə, Səbailin şəhər hissəsinə tam su verilib. Pirallahı rayonu, Qaraçuxur qəsəbəsi, Bakıxanov ərazisi dünən tam su ilə təmin olunub.

“Azərsu” ASC -də bu gün səhər iclas olub. Rəhbərlik tərəfindən tapşırıqlar verilib ki, tənzimləmə işləri aparılsın. Yəni, elə yerlər var ki, 24 saat su alır, ancaq elə yerlər var ki, 2 sutkadır su verilmir. Həmin o ərazilərə gün ərzində fasilələrlə olsa belə, suyun verilməsini təmin etməyə çalışacağıq”.

Mətbuat xidmətinin rəhbəri son olaraq bildirib ki, bu gün axşam saatlarına kimi yuxarıda sadalanan əksər ərazilər su ilə təmin olunacaq. O, bağ massivləri və həyət evlərində yaşayanları sudan qənaətlə istifadə etməyə çağırıb: “Onların sudan israfçılıqla istifadə etmələri şəbəkədə normal təzyiqin formalaşmasına imkan vermir və istəsək belə ucqar ərzailərə suyu çatdıra bilmirik. Xahiş edirik vətəndaşlarımız bu çağrışlarımıza, xahişlərimizə müsbət yanaşsınlar, lazım olmadaıqda su xətlərinin açıq qoymasınlar”. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top