Bakı sakinləri 5 ay ərzində ərzağa 3,3 milyard pul xərcləyiblər

Bu ilin yanvar-may aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3 faiz artaraq 7 milyard 636,2 milyon manat olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 3 milyartd 324,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq 4 milyard 311,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 21,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 16,9 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top