Maradona: "Mən milli komandaya qayıtsam, bunu pulsuz edəcəm"

Argentina milli komandasının keçmiş futbolçusu və baş məşqçisi Dieqo Maradona ölkəsinin milli komandasına başçılıq etməyə hazırdır. Yeniavaz.com "Reuters"ə istinadən xəbər məlumat verir ki, əfsanəvi hücumçu yığmada pulsuz işləyə bilər. O, "Mən milli komandaya qayıtsam, bunu pulsuz edəcəm. Qarşılığında heç bir şey istəməyəcəyəm. DÇ-2018-də çox güclü Braziliya yığması gördüm" deyə bildirib.

Qeyd edək ki, Dieqo Maradona 2008 - 2010-cu illərdə Argentina yığmasına rəhbərlik edib. O, 2010-cu il Cənubi Afrikadakı mundialdakı uğursuz çıxışa görə, milli komandadan ayırılıb. Argentina millisi DÇ-2018-in 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top