
Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı axtarışa verilib. Ermənistan KİV xəbər verir ki, iyulun 3-də istintaq qrupu onu 2008-ci ilin 1-2 mart hadisələri zamanı konstitusion hakimiyyəti devirməkdə təqsirli bilərək cinayət məcəlləsinin 300-cü maddəsi əsasında axtarışa verib. 2008-ci ilin mart hadisələri zamanı müxalifətin mitinqinin dağıdılması zamanı 10 nəfər həlak olmuş, 250-dən çox insan isə yaralanmışdı.(Modern.az)
Tətbiqimizi yükləyə bilərsiniz