Azərbaycanda qeyri-neft məhsullarını ən çox neft şirkəti ixrac edir

Bu ilin ilk 5 ayı ərzində xarici ölkələrə qeyri-neft məhsulları ixrac edən Azərbaycan şirkətlərinin ilk 10-luğuna daxil olanların 5-i ötən il heç bir ixracat həyata keçirməyiblər. Bu isə o deməkdir ki, xarici ölkələrə ən çox məhsul ixrac edən 10 özəl şirkətin yarısı bu il ilk dəfə ixarc həyata keçirir. Yeniavaz.com İqtisadi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən açıqlanan məlumatlara istinadən bildirir ki, bunlar "Kapitan Fruits" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, və "Metalçılar-2" şirkətləridir.

Bu ilin yanvar-may aylarında "Kapitan Fruits" MMC 16,2 milyon dollarlıq, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC 16,2 milyon dollarlıq, ,“Azfruittrade” MMC 12,2 milyon dollarlıq, “Şirin Aqro” 10,3 milyon dollarlıq, "Metalçılar-2" isə 9,6 milyon dollarlıq mallar ixrac edib.

Ümumiyyətlə ilin ilk 5 ayında ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkət "Azərbaycan İnterneyşl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan nümayəndəliyi olub - 43,6 milyon dollar.

İlin ilk 5 ayında ən çox qeyri-neft məhsulları ixrac edən dövlət şirkəti isə SOCAR olub. SOCAR 5 ay ərzində 84,9 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib.

DİGƏR XƏBƏRLƏR

Top