Mingəçevirdə qəzanın baş verdiyi elektrik stansiyasından SON MƏLUMAT

"Azərbaycan" İstilik Ekektrik Stansiyasının elektrik təsərrüfatında və 6-cı blokunda baş verən qəza stansiyanın bütün fəaliyyətini iflic edib. Yeniavaz.com-un əldə etdiyi məlumata görə, 6-cı blokla yanaşı, digər blokları qidalandıran enerji xətləri sıradan çıxıb və qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də hazırda stansiyanın heç bir enerji bloku işləmir. Hazırda elektrik təsərrüfatının bərpası işləri aparılır. Xətlər və sıradan çıxmış qurğular bərpa olunduqca bloklar növbəliklə işə salınacaq. İlk növbədə isə az zərər görmüş 7-ci enerji blokunun işə salınması nəzərdə tutulur. Bunun üçün ciddi hazırlıq işləri aparılır. Günün sonunadək bu blokun işə salınması nəzərdə tutulur.

Hələlik isə enerji istehsalı dayanmış stansiyanın yaratdığı boşluq alternativ enerji qaynaqları hesabına doldurulur.

Ümumən stansiyaya dəymiş ziyanın həcmi hələlik tam bəlli deyil. Müvafiq qurumlar bununla əlaqdar araşdırmalar və təhlillər aparır.

Stansiyada olan aidiyyatı qurum rəhbərləri vəziyyətin ən qısa zamanda bərpa olunması üçün müzakirələr aparıb və konkret tapşırıqlar verib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top