
Bu ilin ilk 5 ayı - yanvar-may ayları ərzində Azərbaycanda süd istehsalı ötən ilin yanvar-may ayı ilə müqayisədə 1,4% artaraq 829,1 min tona çatıb. Yeniavaz.com Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanan statistik məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində süd istehsalında ən yüksək artım Tacikistanda olub - 2,6%. Bu ölkədə ilin ilk 5 ayında 281,2 min ton süd istehsal olunub. Ukrayna və Ermənistanda süd istehsalı müvafiq olaraq 1,3% və 8% azalıb. Digər MDB ölkələrində isə süd istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə azalmayıb. Süd istehsalı Belarusda 2,4%, Qazaxıstanda 2,5%, Qırğızıstanda 2,2%, Moldovada 0,7%, Özbəkistanda 2,4%, Rusiyada isə 1,9% artıb.
İstehsal olunan südün miqdarına gəldikdə isə qeyd edək ki, ən çox süd Rusiyada istehsal edilib. Şimal qonşumuzda ilin ilk 5 ayı ərzində 12 milyon 225 min ton süd istehsal olunub. Bu göstərici Belarusda 3 milyon 12,4 min ton, Ukraynada 2 milyon 311,8 min ton, Qazaxıstanda 1 milyon 992,5 min ton, Qırğızıstanda 545,5 min ton, Özbəkistanda 1 milyon 684,7 min ton, Ermənistanda isə 328,7 min ton təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz