Bakı-Sumqayıt elektrik qatarının hərəkəti bərpa olunub

“Xəbər verdiyimiz kimi, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınmasına baxmayaraq, Bakı-Astara-Horadiz sərnişin qatarı artıq Bakı-sərnişin stansiyasına çatıb”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, eyni zamanda Bakı-Rostov qatarı vaxtında yola salınıb, eləcə də Bakı-Moskva qatarı artıq Bakıya çatıb.

Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti də bərpa olunub. “Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün gün ərzində iki dəfə bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılacaq”. (apa)

DİGƏR XƏBƏRLƏR

Top