Bakı-Sumqayıt qatarları da İŞLƏMƏYƏCƏK

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır. Yeniavaz.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib. "Eyni zamanda sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün (İyulun 3-də) günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq", - deyə o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top