Ölkədə elektrik enerjisinin kəsilməsinin ilkin səbəbləri açıqlanıb

Bakı və ölkənin digər rayon və şəhərlərinin elektrik enerjsi ilə təchizatında fasilənin yaranmasına gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

"Azərenerji" ASC-dən verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qarşıdakı bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq.(Report)

DİGƏR XƏBƏRLƏR

Top