Bu ərazilərdə elektrik enerjisinin verilişi bərpa olunub

Şimal və Qərb bölgəsində, Bakının bir sıra ərazilərində, Sumqayıt və Abşeronda elektrik enerjisi verilişi bərpa edilib. Bunu Yeniavaz.com-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Hazırda respublikanın Şimal və Qərb bölgəsində, Bakının Bayıl, Şüvəlan kimi bir sıra ərazilərində, həmçinin Sumqayıt, Abşeron, Saray, Bağlar ərazilərində elektrik enerjisinin verilişi bərpa edilib. Qarşıdakı saatlarda digər ərazilərdə də elektrik təchizatı bərpa ediləcək", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top