Qazaxda xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyiş​di - Son 5 gündə ikinci ölüm

Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib. Ötən gün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib. R.Mustafayev iyunun 30-da Ağstafa şəhərində özünə məxsus avtomobildən düşən zaman VAZ markalı avtomobil onu vuraraq sağ ayağını sındırıb.

Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top