Mingəçevirdə kanalizasiya borularından axan sular yaşayış binasının zirzəmisinə dolur

Mingəçevir şəhəri Ərəş küçəsi 1 ünvanında yerləşən binada kanalizasiya borularından axan çirkab suları zirzəmiyə dolub. Yeniavaz.com saytına müraciət edən bina sakinləri bildiriblər ki, 50-60 il əvvəl tikilən 4 mərtəbəli binanın həm içməli su,həm də kanalizasiya boruları sıradan çıxdığından ifunət iyi verən maye zirzəmiyə dolub.

Problemi araşdıqmaq üçün həmin ünvanda olarkən xoşagəlməz iyin bütün evləri bürüdüyünün şahidi olduq. Sakinlər Aidə İsmayılova, Səxavət Canoğlanqızı və həmin ünvanda yaşayan digər 24 ailə yaşadıqları binanın borularının nasazlığı səbəbindən 3-4-cü mərtəbələrə su qaldırmağın da mümkün olmadığını deyirlər. Sakinlər ətrafa yayılan pis qoxudan əlavə, zirzəmidən çıxan həşaratların da azyaşlılar üçün təhlükəli olduğunu deyirlər. Sakinlər bildirir ki, yaranan problemdən Mingəçevir Su Kanal İdarəsi də xəbardardır. İdarənin müdir müavini Ələkbər Vəliyevlə əlaqə saxladıq. Bildirildi ki, şəhərin Ərəş 1 ünvanında sıradan çıxan borular iyul ayının ilk həftəsində yeniləri ilə əvəzlənəcək. İdarə rəsmisi bundan sonra həmin ünvanda hər hansı problem yaşanmayacağını qeyd etdi.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top