Dünyanın iki supermarket nəhəngi birləşir

Fransanın supermarket nəhəngi Carrefour və Böyük Britaniyanın Tesco şirkəti xaricdə satınalmalar üçün əməkdaşlıq edəcəklərini açıqlayıb. Amazon-un pərakəndə ərzaq bazarına sürətli daxil olması səbəbilə iki şirkət güclərini birləşdirir.
"Carrefour" tərəfindən verilən açıqlamada müqavilənin maliyyə detalları barədə məlumat verilməyib. Lakin iki şirkət arasında məhsul və data bölüşdürüləcəyi məlumatı verilib.
"Carrefour"ın İcraçı direktoru Aleksandr Bompard etdiyi açıqlamada, "İki dünya lideri birləşir, bir-birilərini yerləşdiyi coğrafiyaları, ortaq strategiyaları ilə tamamlayacaqlar" deyib.
Tesco-nun İngiltərədəki ən böyük rəqibləri "Sainsbury", "Morrison" və "Asda"dır. "Carrefour" keçən il Avropada 88 milyard avroluq satış edib. Fransadan sonra "Carrefour"un ən böyük ikinci bazarı isə Braziliyadır. (marja)

DİGƏR XƏBƏRLƏR

Top