Banklar kredit faizlərindən 484 milyon manat mənfəət əldə ediblər

Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən bankların ilin ilk 5 ayı ərzində kredit fazilərindən əldə etdikləri mənfəət 484,1 milyon manat olub. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bankların depozitlər üzrə faiz xərcləri isə ilin ilk 5 ayı ərzində 158,7 milyon manat olub.

Bu ilin ilk 5 ayında bankların xalis faiz gəlirləri 450,7 milyon manat, qeyri-faiz gəlirləri isə 206,7 milyon manat olub. Bunlardan başqa bankların qeyri-faiz xərcləri 404,9 milyon manat olub.

Ümumlikdə isə bu ilin ilk 5 ayında banklar öz fəaliyyətlərini 5,5 milyon manat xalis zərərlə başa vurublar.

DİGƏR XƏBƏRLƏR

Top