Son bir ildə bank sektorunda işləyənlərin sayı 628 nəfər azalıb

Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 16 min 34 nəfər çalışıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bank sektorunda çalışan işçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3,7% və ya 628 nəfər azalıb.

Qeyd edək ki, ötən ilin iyun ayının əvvəlində bank sektorunda işləyən işçlərin sayı 16 min 662 nəfər olub.

Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı azalsa da, bankların şöbələrinin sayı 141-dan 143-ə yüksəlib.

Lakin bank filiallarının saynda da azalma olub. Bir il əvvəl ölkədə 560 bank filialı olduğu halda bu ilin əvvəlində bu göstərici 511-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top