Rusiya Xorvatiya ilə qarşılaşacaq

DÇ-2018 davam edir.

Ötən gün daha iki 1/8 final matçı keçirilib.

İspaniya ilə qarşılaşan və penaltilər seriyasında qələbə qazanan Rusiya ilə Danimarka qarşısında eyni üsulla – penaltilərlə uğura sevinən Xorvatiya 1/4 finala adlayıb.

Növbəti mərhələdə hər iki komanda bir-birilərinə rəqib olacaqlar.

Qeyd edək ki, Rusiya – Xorvatiya matçı iyulun 7-də saat 22:00-da Soçidə, “Fişt Stadionu”nda start götürəcək. (Apasport.az)

DİGƏR XƏBƏRLƏR

Top