Bakı-Sumqayıt yolunda vəziyyət nə yerdədir?

Bakı-Sumqayıt yolunda təmir başa çatsa da, avtomobillərin hərəkəti yenə də normal deyil.

Bu barədə nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov sosial şəbəkədi səhifəsində məlumat verib:

“Məlumatınız olsun ki, səhər tezdən Bakı-Sumqayıt yolundakı məhdudiyyət nisbətən aradan qaldırılıb. Moskva prospektindəki tuneldə və avtovağzal qarşısında hərəkət bərpa olunub. Amma hərəkət əvvəlki kimi sərbəst deyil, çünki dəmiryolunun üstündəki körpü ilə Xırdalan postu arasında işlər davam edir”.

"Bu hissədə təklif edildiyi kimi yolu uzununa 2 hissəyə bölərək işləyirlər. Ona görə də orada cəmi 2 zolaqda hərəkət var. Sözsüz ki, həmin 2 zolaq yolun tam yükünü götürə bilməz. Ona görə də hələlik maksimum dərəcədə çalışın ki, oralarda ilişib qalmayasınız",-deyə ekspert vurğulayıb.

(Yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

Top